Biz Kimik

“PAOS” şirkəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi 087944 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Şirkət müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsi, hər bir sifarişçinin probleminə fərdi yanaşaraq bu problemlərin yüksək səviyyədə aradan qaldırılmasını özünə hədəf bilərək yaradılmışdır.

Əməkdaşlarımızın müştərinin hər bir problemi ilə yaxından maraqlanması, onlara keyfiyyətli xidmətin göstərilməsi və işimizə zəmanət verilməsi bizim başlıca dəyərlərimizdir.

Bizim Xidmətlər

Dezinfeksiya

Dezinfeksiya xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Buna qısaca olaraq virus və bakteriyalarla mübarizə də demək olar. Mütəmadi olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsi evinizdə, iş yerlərinizdə və istənilən digər yerlərdə xəstəliklərin və bakteriyaların yayılmasının qarşısını alır. Bu, sağlamlığınız üçün çox önəmlidir.

Dezinseksiya

Dezinseksiya infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Bit, birə, tarakan, gənə, taxta biti, milçək, ağcaqanad, qurdlar və digər həşəratların tələf edilməsi bu xidmət növünə daxildir. Məkanınızı dezinseksiya elətdirməklə siz həm xoşagəlməz həşəratlardan azad olur, həm də infeksion xəstəliklərin yayılmasının qarşısını böyük ölçüdə almış olursunuz. Bu, sizin və müştərilərinizin məmnuniyyəti üçün önəmlidir.

Deratizasiya

Deratizasiya infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Siçan, siçovul və digər gəmiricilərlə mübarizə bu xidmət növünə daxildir. Deratizasiya tədbirlərini həyata keçirməklə siz gəmiricilərin əmələ gətirdiyi infeksiyalardan və sizə verə biləcəyi zərərlərdən azad olmuş olursunuz. Bu, infeksiyalardan və gəmiriciləri verdiyi zərərlərdən müdafiədir.

Aromatlandırma

Aromatlandırma qoxu marketinqidir. Bu avadanlıqların tətbiqi məkanınıza daim gözəl ətir verəcəkdir. Bu, sizin və müştərilərinizin məmnuniyyəti üçündür.

Bizim Müştərilər