PROFHYLACTIC DISINFECTION
   “PAOS” şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi 081295 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Şirkət müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsi, hər bir sifarişçinin probleminə fərdi yanaşaraq bu problemlərin yüksək səviyyədə aradan qaldırılmasını özünə hədəf bilərək yaradılmışdır. Əməkdaşlarımızın müştərinin hər bir problemi ilə yaxından maraqlanması, onlara keyfiyyətli xidmətin göstərilməsi və işimizə zəmanət verilməsi bizim başlıca dəyərlərimizdir.
   Hal-hazırda şirkətimiz həşəratlar, gəmiricilər, sürünənlər, virus və bakteriyalar və digər ziyanvericilərlə mübarizə xidmətlərini təqdim etmək üçün hər növ avadanlıq və bio-kimyəvi məhsullar ilə təchiz olunmuşdur.
   “PAOS” şirkəti Avropa və Amerikanın tanınmış Pestcontrol şirkətləri ilə əməkdaşlıq edir və onların istehsal etdiyi pestisidlərdən yararlanır. Bunlar Almaniyanın “Bayer” , “Basf”, İspaniyanın “Genta”, Türkiyənin “ Hektaş”, Amerikanın “Stockton” və digər şirkətləridir.    Şirkətimiz sizə dezinfeksiya, dezinseksiya, deratizasiya və aromatlandırma xidmətlərini təqdim edir.
*Bütün tədbirlər həkim-epidemioloq nəzarəti altında keçirilir və insan sağlamlığı üçün tam təhlükəsizdir.